İŞİD-in növbəti qurbanı

ABŞ prezidenti müdafiə naziri Çak Heygeli canlı yayımda istefaya göndərdi



ABŞ prezidenti Barak Obama müdafiə naziri Çak Heygeli istefaya göndərib.
Prezident bunu CNN kanalının canlı yayımında bəyan edib.Qeyd edək ki, 2013-cü ildə nazir postuna təyin olunan Heygel yeni təyinata qədər vəzifəsində işləyəcək.
Amerikanın "New York Times” qəzetinin yaydığı məlumata görə, müdafiə naziri vəzifəsinə əsas iddiaçılar keçmiş nazir müavini Mişel Flurn, senator Cek Rid və müdafiə nazirinin keçmiş birinci müavin Eşton Karter sayılır.
Yerli nəşrlərin məlumatına görə, 68 yaşlı Çak Heygelin istefasının səbəbi kimi Suriya və İraqda İŞİD terrorçu qruplaşmasının öhdəsindən gəlməməsidir.
ABŞ Konqressinin senatı 2013-cü il fevralın 26-da Çak Heygelı yeni müdafiə naziri kimi təsdiq edib. O ölkənin tarixində birinci şəxsdir ki, serjant rütbəsində Pentaqonun başçısı olub.