Həkimlər qurtara bilmədi

Tələbə qız diş iltihabından öldü



Türkiyənin Kırşehirdə qısa müddət əvvəl ürək əməliyyatı keçirən 20 yaşlı Fatma Eraslan dişində yaranan iltihabın ürəyə təsir etməsi ilə həyatını itirdi.

Hüseyn Eraslanın qızı 20 yaşındakı Konya Səlcuq Universiteti Mənzərə Memarlıq fakültəsinin tələbəsi Fatma Eraslan, 21 dekabr bazar günü axşam dişində baş verən ağrılar nəticəsində ailəsi ilə birlikdə xəstəxanaya aparıldı. Həkimlər tərəfindən müdaxilə edilən və doğuşdan ürəyi dəlik olan və bir az əvvəl ürəyindən əməliyyat keçirən Eraslanın dişindəki iltihab bədəninə yayıldığı və iltihab səbəbiylə qısa müddətdə ürəyi dayandığı və həkimlərin bütün müdaxiləsinə baxmayaraq öldüyü bildirildi.

Fatma Eraslanın keçən il qazandığı universitet imtahanı nəticəsində oxuduğu Konya Səlcuq Universiteti Mənzərə Memarlıq fakültəsində təhsil aldığı və ürəyindən yaşadığı narahatlıqdan ötəri 2014-15-ci tədris ilinin əvvəlində təhsilinə ara verərək, ürəyindən əməliyyat keçirdiyi ifadə edildi. Ahı Evran Universiteti Təhsil və Araşdırma Xəstəxanası baş həkimi Hacı Sürüşməz, Fatma Eraslanın doğuşdan ürək narahatlığı səbəbiylə Ankara Hacettepedə xəstəxanasında müalicə gördüyünü xatırladaraq, belə danışdı: "Ürək narahatlığı səbəbiylə uzun müddətdir müalicə görürmüşdü. Son olaraq dişində yaranan iltihab səbəbiylə müalicə edilməsi lazım idi. Hacettepe xəstəxanasında yer olmadığı üçün xəstəxanamızda antibiotik müalicəsinə başlanmışdı. Ürək narahatlığı səbəbiylə ağciyər başda olmaqla bədənində böyük problemlər yaranmışdı. Qızımızın ölüm səbəbi antibiotik müalicəsindən deyil, ürək problemindəndir.”