Keçmiş “Nida”çı intihar etmək istəyir





Keçmiş "Nida”çı, YAP-ın üzvü, əfv olunan Elsevər Mürsəlli intihar etmək istəyir.
"Qafqazinfo” xəbər verir ki, aktiv gənc bu barədə "facebook”da paylaşım edib.
"Ad günüm olmasına baxmayaraq, özümü çox bədbəxt hiss edirəm. Axı niyə Allah bizə kömək etmək istəmir? Niyə axı sevdiyim insanın nəfəsini daim hiss etməyə imkan vermir. Bir illik həbs həyatı bəs etməzmi? Mən yazıq deyilmiyəm? Artıq hər şeydən bezmişəm. İntihar həddindəyəm artıq”