Sabirabadda avtomobil qoyun sürüsünü vurub: 17 qoyun tələf olub (FOTO)



  Sabirabadda baş verən yol qəzasında çoxlu sayda xırda buynuzlu heyvan tələf olub.
APA-nın Mil-Muğan bürosuna BDYPİ-dən verilən məlumata görə, axşam saat 20.00 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 11-ci kilometrliyində, Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Bakı şəhərində məskunlaşan Füzuli rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədov Xəqani Yaşar oğlu idarə etdiyi "Mersedes” markalı 90 DH 683 dövlət nömrə nişanlı avtomobillə yolu keçən qoyun sürüsünü vurub.
Nəticədə Qaragüney kənd sakini Abdullayev Orucəliyə məxsus 17 qoyun tələf olub və daha 10 qoyun yaralanıb. Heyvan sahibinə 4 min manatdan çox maddi ziyan dəyib. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.