Facebook “yandı”

Şirkət hər üzvü üçün 10 min dollar təzminat ödəyə bilər




Üzvlərinin mesajlarını arayaraq istifadəçilərin gizliliyini pozduğunu iddia edilən Facebook məhkəməyə verildi. Facebookun hər istifadəçiyə görə 10 min dollar təzminat ödəməsi istənilir.

1.35 milyard aktiv istifədəçisi olan Facebookun qanunlara zidd olaraq üzvlər arasındakı mesajlaşmaları aradığı və bu minvalla hansı üzvə hansı reklamı göstərəcəyinə qərar verdiyi iddia edilir. Facebook istifadəçisi Matthew Campbell, mövzunu məhkəməyə daşıdı və ictimai media saytının bu addımından dolayı üzvlərinə təzminat ödəməsini tələb etdi. Təxminən 2 ildir Facebook, bu sayədə istifadəçilərinin profilini çıxarır və onlara maraqlı olacaq reklamları təqdim edərək gəlirini artırır. Bu iddianın məhkəməyə daşınması üzərinə mövzuyla əlaqədar şərh verən ABŞ şirkəti, Facebookun bu tətbiqlə qanunların xaricində hərəkət etmədiyi ifadə edildi. Şikayəti araşdıran hakim Phyllis Hamilton iddianın açılmasına qərar verdi. ABŞ-ın Kaliforniya əyalətində baxılacaq iddianın Facebook əleyhinə bir qərarla nəticələnməsi vəziyyətində şirkətin tarixi bir təzminat ödəmək məcburiyyətində qala biləcəyi bildirilir.