Erməni deputat: “Çox qorxuruq”

Zarui Postancyan bildirib ki, Rusiya erməniləri müdafiə etməyəcək




 "Ötən ilin ən arzuolunmaz hadisəsi Ermənistanın Avrasiya İttifaqına girməsi oldu”.
ANS PRESS-in məlumatına görə, bu fikri bu gün İrəvanda keçirdiyi mətbuat konfransında "İrs” partiyasından Ermənistan parlamentinin üzvü Zarui Postancyan bildirib.
Onun sözlərinə görə, bu tarixi fakt ölkənin tənəzzülündən xəbər verir. Deputat bildirib ki, Avrasiya İttifaqına girməyin ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu deyənlər yalan danışır.
"Təhlükəsizlik ölkə müstəqil və azad olanda təmin edilir. Rusiya və tərəfdaşları Belarus və Qazaxıstan bizim təhlükəsizliyimiz barədə düşünmürlər. Avrasiya İttifaqı Ermənistan kimi ölkələr üçün çox təhlükəlidir”, - deyə Zarui Postancyan vurğulayıb.