7 nəfəri gün vurdu - Günvurmadan belə qorunun!
09:52 03.07.2017
Arxiv
367
Havaların isti keçməsi ilə əlaqədar olaraq iyun ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı 7 nəfər olub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Lent.az-a verdiyi məlumata görə, günvurma şikayəti ilə müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilərək evlərinə buraxılıblar, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
R.Nağıyev günvurmadan qorunmaq üçün bəzi məsləhətlər də verib: "Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət görülür. Vətəndaşlar bilməlidir ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir. İnsanlar daim sərinləşdirici maye qəbul etməlidirlər”.
Baş həkim günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: "Gün vuran insanı dərhal kölgəyə çəkmək, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış parça ya dəsmal qoymaq lazımdır. Eyni zamanda təcili tibbi yardıma müraciət etmək də vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət