700 il əvvəl öldü: Amma təkrar canlandırdılar

Fotoda gördüyünüz bu adamın küçədəki insanlardan bir fərqi olmadığını düşünə bilərsiniz. Ancaq bu üz, 13-çü əsrdə İngiltərədə yaşamış bir insana aiddir.
"Context 958” adı verilən skelet 2010-2012-ci illər arasında Cambridgedə aparılan qazıntılar zamanı aşkarlanan 400 məzardan birində yatırdı. Skeletlərin hamısının 13-çü və 15-çi əsrlərə aid olduqları müəyyən olunub. Bu bölgə orta əsrlərdə kasıblar və xəstələrə yardımçı kimi fəaliyyət göstərən St. John xəstəxanasının olduğu nöqtə idi və ölülər, arxasında olan qəbiristanlığa basdırılırdılar.
Dundee universitetinin mütəxəssisləri ilə çalışan Cambridge universitetinin professoru John Robb skeletin üzünü yenidən canlandırdı. 700 il əvvəl yaşadığı bildirilən bir adama aid olan möhkəm skeletdə ağır iş şərtlərinə işarə edən aşınmalar göründüyü ifadə edilir.
Buna görə də ehtimalla çətin bir həyat yaşadığı təxmin edilir. Diş minasının gəncliyi zamanı iki dəfə böyüməyi dayandırmış olması da, aclıq və ya ciddi bir xəstəliklə qarşılaşdığını göstərir. Professor Robb "Nə işlə məşğul olduğunu tam olaraq söyləyə bilməsək də, işçi sinifinə mənsubdur, ehtimalla alış-verişlə məşğul olan bir kimsə olduğunu düşünürük.” - deyib. Professor Robb, fərq etdikləri bir başqa maraqlı vəziyyətin, Orta əsrlər ənənələrinə təzadlı bir şəkildə cəsədin üzü üstü olaraq basdırılması olduğunu ifadə edir.