Qatar avtobusun üstündən keçdi: üç ölü






Gürcüstanda sürət qatarı marşrut avtobusunun üstündən keçib.
APA-nın "İnterfax”a istinadən verdiyi məlumata görə, qəza nəticəsində üç nəfər dünyasını dəyişib, bir neçə sərnişin müxtəlif xəsarətlər alıb.
Qeyd olunur ki, toqquşma Gürcüstanın qərbində, Abaş rayonunun Marani kəndi ərazisində baş verib.
Qəzanın səbəbləri hələ məlum deyil. Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıblar.