Nazir: “Qadınlar ana olmayınca karyera ilə məşğul olmamalıdır...”







"Qadınlar ana olmayınca karyera ilə məşğul olmamalı deyillər”. Musavat.com-un məlumatına görə, bu sözləri Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu 2015-ci ilin ilk körpəsinin dünyaya gəldiyi İstanbuldakı doğum evində olarkən söyləyib.

Nazir valideynləri təbrik edib və ölkə qadınlarına bəzi tövsiyələr verib. "Qadının karyerası – analıqdır. Çünki dünyada başqa heç kim bunun öhdəsindən gəlmək qabiliyyətində deyil. Və qadın üçün öz həyatının mərkəzinə qoymalı olduğu yeganə şey analıq olmalıdır. Onlardan ötrü ən önəmlisi yeni nəsillər yetişdirməkdir”, - deyə "Hurriyet Daily News” Müezzinoğlunun çıxışından sitat gətirir.

Nazir həmçinin, türkiyəli qadınlarını bəzi qəliz vəziyyətlər istisna olmaqla Qeysəriyyə əməliyyatından imtinaya çağırıb. Əlavə edib ki, ölkədə hər il dünyaya gələn 1 milyon 150 min körpə "Türkiyənin əsas sərvıtidir”.