Ağcabədidə üstünə televizor düşən 2 yaşlı uşaq öldü

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb





Ağcabədi rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 3-də Ağcabədi şəhərində olub.
Orada yaşayan 2 yaşlı Rəşid Haqverdiyevin üzərinə televizor düşüb. Ağır yaralanan uşaq xəstəxanaya aparılıb.
Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.