Günəşdə dəlik tapıldı (FOTO)

Dəliyin Yerdə güclü maqmit qasırğası yaradacağı gözlənilir




Günəşdə nəhəng dəlik aşkar edilib. ANS PRESS-in məlumatına görə, Günəşin cənub qütbünün şəkli NASA-nın rəsmi Twitter səhifəsində yayılıb. Şəkildə Günəşin bir hissəsində qara kölgə aydın görünür. Həmin dəlikdə plazmanın temperaturunun aşağı olduğu bildirilir.

Mütəxəssislər dəliyin Yerin ionosfer qatına güclü təsir edərək maqnit qasırğası yaradacağını deyirlər. Maqnit qasırğasının əvvəlkilərdən güclü olacağı ehtimal edilir.