8 yaşlı uşağı qatar vurdu - PAYTAXTDA


Paytaxtda 8 yaşlı uşağı qatar vurub.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı çağırış saat 18:13-də gəlib və qapalı kəllə-beyin travması alan 8 yaşlı uşaq Kliniki Tibbi Mərkəzə çatdırılıb.