Hindistanda Mig-27 tipli qırıcı təyyarə qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Alipurduara şəhəri yaxınlığında baş verib.
Qəza nəticəsində 2 yerli sakin ölüb. Katapult edən təyyarənin pilotu isə yüngül xəsarətlərlə hospitala yerləşdirilib.
Rəsmi məlumatlara görə, 2011-2014-cü illərdə Hindistan Hərbi-Hava Qüvvələri qəzalar nəticəsində 30 təyyarə və helikopter itirib. Əsas səbəb kimi insan faktoru və uçaqların texniki nasazlığı göstərilir.