
"AB və NATO-dan suverenliyimizi dəstəkləyən yanaşma müşahidə etdik" - Politoloq
15:29 19.10.2018
Arxiv
716
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirən böyük dövlətlər və beynəlxalq təşkilatlar işğalçı ölkədən BMT-nin qətnamələrinə və digər hüquqi aktlara riayət etməsini tələb etməlidir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
Politoloq bildirib ki, bunun reallaşması mümkündür və bu istiqamətdə səslənən bəyanatlar, aydın şəkildə nümayiş etdirilən mövqelər əsassız deyil:

"Qərb ölkələri tərəfindən verilən bəyanatlar münaqişənin nizamlanmasının normativ-hüquqi bazasınín təkmilləşdirilməsinə xidmət edir. Təkcə bu ilin ikinci yarısında biz Avropa Birliyi və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, münaqişələrin dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinə tərəfdar olduğunu bəyan edən yanaşmasını müşahidə etdik.
Habelə, Almaniya kansleri və hökumətinin, ABŞ Dövlət katibi müavininin köməkçisi Kentin, ABŞ-ın Ermənistandakı səfiri Millzin də Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılmasının zərurəti ilə bağlı mövqeyini gördük.
Üstəlik, Dövlət Departamenti Dağlıq Qarabağa getməməklə bağlı vətəndaşlarına xəbərdarlıq etdi. ABŞ prezidentinin milli təhlükəsizlik müsaviri Con Bolton regiona səfərə gəlir. Bütün bunların fonunda hazırkı diplomatik cəbhədəki status-kvo Azərbaycanın üstünlüyü şəraitindədir”.
Analitikin fikrincə, Ermənistandakı seçkilər və regionda gedən bir sıra digər proseslərin gedişatı Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə təsir göstərə bilər:
"Hər bir halda işğalçının tez, ya gec ən azından işğal etdiyi torpaqlardan çəkilməsi onun qarşısında qoyulmalı olan ən təbii tələbdir. Əgər böyük dövlətlər öz regional geosiyasi ambisiyalarına işğal olunmuş torpaqların azad olunması çalarını da əlavə etsələr, biz onların verdikləri bəyanatdan əməli işə keçdiklərinin şahidi ola bilərik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz