ABŞ-ın Baş qərargah rəisi Türkiyədə görüşlərə başlayıb





Dünən İraqdan Adanadakı İncirlik bazasına gələn ABŞ-ın  Baş qərargah rəisi, general Cozef Dunford, gecəni burada keçirib. Səhər ABŞ-lı hərbçilərlə bir araya gələn Cozef Dunford, bu gün günortadan sonra Ankarada Türk səlahiyyətlilərlə bir sıra görüşlər keçirəcək. Cozef Dunford günün sonunda təkrar İncirliyə dönəcək və sabah səhər Türkiyədən ayrılacaq.