ABŞ-la Qətər arasında SAZİŞ - İki məsələ həllini tapır




ABŞ-la Qətər arasında terrorizmin maliyyələşməsinin qarşısının alınması ilə bağlı saziş imzalanıb. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Reks Tillersonun Qətərə səfərinin ikinci məqsədi Doha (Qətər) ilə Riyad  (Səüdiyyə Ərəbistanı) arasındakı diplomatik böhrana son qoymaqdır. 

Çünki bir müdət öncə, Səüdiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətəri ektremmist dəstələrə maliyyə yardımı göstərməkdə ittiham edirdi. 

Görüşdən sonra keçirilən mətbuat konfransında Qətərin xarici işlər naziri şeyx Məhəmməd Bin Əbürrəhman qeyd edib ki, ABŞ və Qətər birlikdə hərəkət edərək terrrora dəstək üçün ayrılan maliyyə mənbələrini məhdulaşdıracaq, regionda təhlükəsizliyi qoruyacaq və informasiya mübadiləsi apararaq məlumatları bölüşəcəklər. 

R.Tillerson isə elan edib ki, ABş və Qətər dünya miqyasında terrorizmə qarşı mübarizə aparmaq üçün fəaliyyətlərini intensivləşdirəcklər və terrora dəstək məqəsdilə həyata keçirlən pul axınının qarşısı alınacaq. 

Tərcümə etdi: Ayyət ƏHMƏD