ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük"
12:27 27.04.2016
Arxiv
312
"Serj Sarkisyanın "Bloomberg"ə müsahibəsində səsləndirdiyi bəyanatla tanış deyiləm. Lakin fürsətdən istifadə edərək, qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir və bu işlə səfir Uorlik məşğul olur. Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı apardığını xatırladıb: "Dövlət katibi bu həftə Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb. O, hər iki prezidenti atəşkəsə riayət etməyə və danışıqlar yolu ilə hərtərəfli sülhün tapılmasına çağırıb".
Qeyd edək ki, S. Sarkisyan "Bloomberg"ə müsahibəsində təhlükəsizliyə təminat olmayacağı təqdirdə, Azərbaycanla danışıqların əhəmiyyətsizliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual