"ABŞ Türkiyə ilə itirilmiş inamı bərpa etmək istəyir" - Reks Tillerson




ABŞ Türkiyə ilə itirilmiş inamı bərpa etmək istəyir. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər bu barədə  ABŞ dövlət katibi Reks Tillerson ABŞ-ın İstanbuldakı  Konsulluğunda çıxışı zamanı bildirib. 

O qeyd edib ki, bu ölkələr qarşılıqlı şəkildə inamı bərpa etməyə başlamalıdırlar: 

"Düşünürəm ki, Ankara və Vaşinqton arasında yeni inam bərpa edilməkdədir. Ümid edirəm ki, bu qarşılıqlı inam  yeni əlaqələrin bazası rolunda çıxış edəcək.  

Bilirk ki, ABŞ və Türkiyə arasındakı gərginlik Türkiyədə ötən ilin 15 iyulunda baş tutan hərbi çevriləşə cəhddən sonra baş verib. Məhz bu məsələyə görə, Ankara Vaşinqtondan Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını tələb edir, lakin Türkiyənin bu yöndə ümidləri hələ ki doğrulmur. 
Bundan başqa Vaşqintonun Suriyada İŞİD dəstələrinə qarşı döyüşən YPG kürd polislərini silahdırması da Türkiyənin narazılığına səbəb olub. Türkiyə hökuməti belə anlayır ki, Vaşinqton YPG ni silahlandırıb Türkiyəyə qarşı yönəltmək istəyir. Amma Vaşinqtonun niyyəti bu deyil". 

Tərcümə etdi: Ayyət Əhməd