Ad gününə kitab hədiyyə edin ! - Professor da bu kampaniyanı dəstəkləyir
14:58 04.07.2017
Arxiv
829
Tanınmış jurnalist, Altay Sosial- iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı feysbuk sosial şəbəkəsində maraqlı kampaniyaya start verib. Həmkarımız sosial şəbəkədəki dostların bir-birinin il dönümünü kitab hədiyyəsi ilə təbrik etməyi təklif edib. O bildirib ki, il dönümünü qeyd edən şəxsə təbrik mesajı əvəzinə kitab hədiyyə etmək daha düzgün olar.
Kampaniya ilə bağlı düşüncələrini Sherg.az-a bölüşən sosioloq, professor Əhməd Qəşəmoğlu bu təşəbbüsü alqışlayıb. Bununla yanaşı o, bu işin reallaşmasının çətinliklərindən də söz açıb:"
Kiminsə ad gününü kitabla təbrik etmək üçün insanlar görüşməlidir. Bu da kampaniyanı bir qədər mürəkkəbləşdirir. Bir gündə elektron şəkildə 5-6 nəfərin ad gününü təbrik edə bilərik. Lakin hər kəsə kitab hədiyyə edə bilmərik. Dəfələrlə dediyim kimi cəmiyyətin hazırda ən böyük problemi maddi dəyərlərin mənəvi dəyərləri sıxışdırmasıdır. Ona görə, mənəvi dəyərlərə üstünlük verə bilən istənilən addım müsbətdir. Kitabın hədiyyə olunması da müsbət addım kimi qiymətləndirilməlidir. Bu, çox gözəl olar. Hətta yaxşı olar ki, elə kitabları bağışlayaq, müzakirəsini keçirək, stimullaşdırıcı addımlar ataq ki, sadəcə kitabı verməklə kifayətlənməyək. Ola bilər kimsə kitabı alır, aparıb tonqalda yandırır. Bəzən mən tanışın evində görürəm ki, ona bağışlanmış kitabı qoymağa yeri yoxdur, aparıb atır.
Ümumilikdə ideyanın özü yaxşıdır. Mənə elə gəlir ki, bunun həyata keçmə mexanizmini təkmilləşdirməyə ehtiyac var. Kitabın özünü elektron bağışlamaq da olar. Məsələn, mən bir insanın ad gününü təbrik edirəmsə, kitabın elektron variantını hansı dildə olur olsun, ona göndərə bilərəm. Ona görə ideyanı alqışlayıram və düşünürəm ki, ideyanı dəqiqləşdirməyə ehtiyac var”.
Aysel Aslan
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya