"Afrin əməliyyatları yarıda dayandırılmamalıdır" - Deputat






"Türkiyə Afrin əməliyyatlarını müvəffəqiyyətlə başa vurmalıdır".

Bu barədə "Sherg.az”a millət vəkili Araz Əlizadə danışıb. 

O qeyd edib ki, Afrin əməliyyatları yarıda dayandırılmamalıdır: 

"ABŞ hara istəsə, "burnunu soxur”. Amma hər dövlət öz taleyini düşünməlidir, ABŞ-ın istəyini yox. Amerikanın istəyini düşünən dövlətlərin, rəhbərlərin sonu Hüsnü Mübarək kimi olur”.

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.

Aysel Aslan