Ağaca ildırım düşdü, 15 mal-qara tələf oldu





Ispartanın Əksi qəsəbəsində ildırım düşməsi nəticəsində 15 mal-qara tələf oldu.
Ramazan Kaya, səhər saatlarında heyvanlarını otarmaq üçün əraziyə çıxardı. Kaya, birdən başlayan yağışdan sonra heyvanlarını bir ağacın altına yönəltdi. Bu zaman ağaca ildırım düşdü, heyvanlardan 15-i tələf oldu.