Ağır çəkili avtomobillərin Bakıya girməsi qadağan ediləcək
11:30 29.01.2014
Arxiv
834
Bakıda günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli və ya ağır çəkili avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, Bakı şəhəri ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, rahat, fasiləsiz hərəkətin təşkili məqsədilə paytaxtın inzibati ərazisindəki yollar müayinə edilərək müşahidələr və təhlillər aparılıb. Məlum olub ki, günün işıqlı vaxtlarında qoşqulu və yarımqoşulu, iriqabaritli avtomobillərin hərəkət etməsi yollarda sıxlığın yaranmasına, bəzən də uzunmüddətli tıxacların baş verməsinə səbəb olur: "Bu məqsədlə fiziki, hüquqi və vəzifəli şəxslərin nəzərə çatdırılır ki, paytaxtın inzibati ərazisində bu tipli avtomobillərin hərəkəti yalnız icazə verilmiş küçə və prospektlər üzrə axşam saat 21:00-dan səhər 8:00-dək nəzərdə tutulub. Yol infrastrukturunun inkişafı sahəsində tədbirlər planının tələbinə uyğun olaraq, bu tipli avtomobillərin hərəkəti göstərilən saatlar üzrə tənzimlənir. Ona görə də Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, səhər saat 8:00-dan axşam saat 21:00-dək qeyd edilən avtomobillərin paytaxtın inzibati ərazisində hərəkətinə məhdudiyyətlər qoyulacaq. Ona görə də xahiş edilir ki, gün ərzində paytaxt ərazisində sıxlığın yaranmaması, yol qəza hadisələrinin baş verməməsi naminə belə avtomobillərdən yalnız günün göstərilən vaxtında istifadə edilsin. Əks halda yol polisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcək. Belə avtomobilləri olan fiziki, hüquqi və vəzifəli şəxslərdən xahiş edilir ki, bu qadağanı nəzərə alaraq işlərini əvvəlcədən planlaşdırsınlar".
Bölmə rəisinin sözlərinə görə, artıq yol polisləri tərəfindən bu tipli avtomobillərin mütəmadi hərəkət etdiyi yollar nəzarətə götürülüb: "Bunlar 20 Yanvar dairəsi, 3-cü Kənar dairəvi yol, Bakı-Ələt yolu, Ziya Bünyadov, Mətbuat, Tbilisi, Babək, Nobel prospektləri, Xırdalan-Biləcəri yolu, Mikayıl Əliyev küçəsi, eləcə də digər küçə və prospektlərdir. Qeyd edilən yollarda yol polisi tərəfindən əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".
V.Əsədov qeyd edib ki, bununla bağlı gömrük postlarına da müvafiq tapşırıqlar verilib. Yük avtomobilləri gömrük postuna daxil olandan sonra onların orada saxlanması üçün müvafiq şərait yaradılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya