Akif Aşırlı: "Əleyhdarlarımız terroru saytlar üzərindən reallaşdırmağa çalışırlar”
08:34 13.07.2018
Arxiv
576
"Ümumiyyətlə, xaricdən Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən qüvvələr təkcə terroru silah, xəncərlə deyil, həm də internet, yaratdıqları ayrı-ayrı saytlar və sosial şəbəkələr üzərindən reallaşdırmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş redaktor bildirib ki, bu cür mərkəzlərin məqsədləri Azərbaycanda qarşıdurma, vətəndaş itaətsizliyi yaratmaq, dövlətimizin əsaslarını sarsıtmaq, Konstitusiyamızda nəzərdə tutulan dövlət quruluşunun dəyişdirilməsinə nail olmaqdır: "Bu təxribatçı, milli-maraqlarımızın əleyhinə olan qüvvələr odlu silahlardan deyil, sözdən silah kimi istifadə edirlər. Bir neçə sayt var ki, onlar son günlər Azərbaycanın əleyhinə çağırışlar səsləndirir, xalqımızı dövlətçilik əleyhinə çıxmağa səsləyəcək şüaurlar səsləndirirlər. Onların mərkəzləri xaricdədir. Lakin ölkəmizdə də onlara dəstək verən insanlar var”.
Xalqımızın dəfələrlə təxribat xarakterli çağırışların qarşısını aldığını xüsusi vurğulayan A.Aşırlı deyib ki, Azərbaycan xalqı bu cür çağırışlara inanmır:
"Bunun əsas göstəricisi Gəncə hadisələrində oldu. Xalq onları deyil, müstəqilliyimizi, dövlətçiliyimizi dəstəkləyir”.
Baş redaktor qeyd edib ki, bu cür saytların hansı ölkələrdə fəaliyyət göstərdiklərini müəyyənləşdirmək lazımdır:
"Bizə düşmən olan ölkələr var və onların diasporu xaricdə kifayət qədər fəallıq göstərirlər. Lakin ilk növbədə bu sayların arxasında dayana qüvvənin kimliyi müəyyən olunmalıdır. Daha sonra həmin ölkələrin səfirləri, hökumət orqanları çərçivəsində iş aparmaq mümkündür. İnformasiya texnologiyalarını mükəmməl bilən insanlar bu saytların Azərbaycana çıxışına filtr qoymaq imkanlarını müzakirə etməlidirlər. Sosial şəbəkələrdə vəziyyət fərqli olsa da, Azərbaycana qarşı yönələn saytlara məhdudiyyət qoymaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou