"Akkord" və "Azəriqaz"ın pul davası sakinləri qazsız qoydu - ETİRAZ VİDEOSU
20:24 20.06.2017
Arxiv
595
"Şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi"
"Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb.
Bu barədə Sherg.az-a bir qrup şəhərcik sakini məlumat verib.
Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, 3-gündür ki işlər dayandılıb:
"İki -üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti
Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik”.
Sakinlər onu da diqqətə çatdırırblar ki, soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur:
” Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib. Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Şəhərcikdə geniştərkibli aksiyalar keçrilib. Hər dəfə "qaz növbəti il veriləcək” deyib bizi aldadıblar.
Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binlara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Qış aylarında camaat soyuqdan "qırılır”.
Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Mərkəzi istilik sistemi də yoxdur. Evlərimizi "kondisioner” və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq.
Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq”.
Sakinlər bu həftə sonu şəhərcikdə geniş tərkibli etiraz aksiyası keçirəcəklərini və Bakı – Sumqayıt yolunu bağlayacaqlarını deyiblər.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
18:46 16.04.2026
Rəsmi
Almaniya Hörmüz boğazına qoşun göndərəcək
18:04 16.04.2026
Dünya
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
17:56 16.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
17:40 16.04.2026
Hadisə
Bibiheybət yolunda təmir-bərpa işləri yekunlaşıb
17:26 16.04.2026
İnfrastruktur
Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət olub
17:20 16.04.2026
Gündəm
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
17:14 16.04.2026
Ekologiya
Britaniyada qida çatışmazlığı ola bilər
17:07 16.04.2026
Dünya
ABŞ-ın müharibə naziri: Müctəba Xamenei yaralı və əlildir
17:00 16.04.2026
Dünya
Müharibə naziri: İrana yeni hücuma daha böyük güclə hazırlaşırıq
16:32 16.04.2026
Dünya
İran öz xalqı ilə atəşkəs etməyib - İbadi
16:19 16.04.2026
Region
Tbilisi meri: Salome Zurabişvili xaindir
15:44 16.04.2026
Cənubi Qafqaz
Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edilib
15:34 16.04.2026
Cəmiyyət
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
15:20 16.04.2026
Rəsmi