Alim Qasımov Avropa Oyunlarının açılışında tək oxuyacaq






"Mən Avropa Oyunlarının açılış mərasimində ifaçı kimi çıxış edəcəm”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti adından bu mötəbər yarışın açılışı ilə bağlı təşkil olunan gecədə oxumağın özü böyük bir məsuliyyətdir:
"Oxumaq üçün məni seçiblər. Tədbirdə tək oxuyacağam. Mənim bir neçə ifalarım olacaq. İnşallah, yaxşı qarşılanar”.