
Alimlər: Fillər sutkada təxminən iki saat yatır
20:29 02.03.2017
Arxiv
415
Mütəxəssislər qeyd edirlər ki, adətən fillər üç-dörd gündə bir dəfə yuxu görür

Cənubi Afrikanın Vits Universitetinin mütəxəssisləri fillərin digər məməlilərə nisbətən az yatdığını müəyyənləşdiriblər.
AZƏRTAC "runews24.ru” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, məməlilərdə yuxu müddəti əsasən onların ölçüsündən asılıdır. Heyvan nə qədər balaca olarsa, bir o qədər çox yatır. Müşahidələr göstərir ki, zooparklarda fillər sutkada 5-6 saat yatır. Lakin ekspertlər vəhşi təbiətdə fillərin az yatdığını bildirirlər.
Nəzəriyyəni təsdiqləmək və ya təkzib etmək üçün alimlər Botsvan qoruğunda yaşayan bir neçə Afrika filinin üzərinə sayğac və GPS qəbulediciləri bərkidiblər. Sonra bu cihazların köməyi ilə əldə edilən məlumatlar təhlil olunub.
Məlum olub ki, vəhşi təbiətdə fillər sutkada təxminən iki saat yatır. Həm də onların adətən sübh çağı yatdığı üzə çıxıb. Alimlər bunu həmin vaxt havanın temperaturunun və rütubət göstəricilərinin fillərə maksimum rahatlıq gətirməsi ilə izah edirlər.
Mütəxəssislər qeyd edirlər ki, adətən fillər üç-dörd gündə bir dəfə yuxu görür. Bundan əlavə, əgər bu heyvanları yırtıcılar və ya ovçular narahat edərlərsə, onlar təxminən iki sutkanı yuxusuz keçirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya