Son illər Azərbaycanda təbii və emal olunmuş qida məhsullarına maraq artır. İstehlakçı üçün məhsulun yalnız dadı və görünüşü deyil, onun hansı xammaldan hazırlanması və istehsal prosesinin necə aparılması da önəm daşıyır. Müxtəlif sahələrdə fəaliyyət göstərən yerli brendlərin sayının artması da bu baxımdan diqqət çəkir. Ərzaq və təbii məhsullar istiqamətində fəaliyyət göstərən belə təşəbbüslərdən biri ZemiS – Təbii Bitki Yağları brendidir.
Bakıda fəaliyyət göstərən ZemiS müxtəlif bitki toxumlarından yağ istehsalı ilə məşğuldur. Sahibkar Səbuhi Quliyev tərəfindən yaradılan müəssisənin istehsal xəttində əsasən soyuq sıxım üsulundan istifadə olunur. Bu üsulda yağ xammaldan mexaniki sıxma yolu ilə alınır və məhsulun təbii xüsusiyyətlərinin mümkün qədər qorunmasına üstünlük verilir. Brendin fəaliyyətində diqqətçəkən məqamlardan biri isə məhsulun hazırlanması prosesinin istehlakçıya mümkün qədər açıq şəkildə təqdim edilməsidir.
ZemiS-in məhsul çeşidində günəbaxan, qara zirə, alaqanqal, balqabaq, kətan, kokos, ağ və qara küncüt, qoz, çaytikanı, çətənə və digər bitki yağları yer alır. Müxtəlif xammaldan hazırlanan yağların hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir.
İstehsal prosesində xammalın seçilməsinə və məhsulun hazırlanmasına diqqət yetirilir. Sıxımdan sonra yağ müəyyən müddət çökdürülür, daha sonra qablaşdırılaraq istehlakçıya təqdim olunur. İstehsal prosesindən görüntülərin sosial şəbəkələrdə paylaşılması isə alıcıların məhsulun hazırlanma mərhələləri ilə tanış olmasına imkan yaradır.
ZemiS nümunəsində yerli istehsalın əsas üstünlüklərindən biri məhsulun hazırlanmasına nəzarətin birbaşa istehsal prosesində həyata keçirilməsidir. Təbii məhsullara marağın artdığı bir vaxtda belə yanaşma həm istehlakçı etimadının formalaşmasına, həm də yerli brendlərin inkişafına xidmət edir.
ZemiS-in məhsulları və çeşidi barədə daha ətraflı məlumatı zemis.az saytından əldə etmək mümkündür.
