Allahşükür Paşazadə Şimali Qafqaza səfərə gedib
11:32 24.11.2019
Arxiv
446
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb.
İdarədən Milli.Az-a bildirilib ki, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə gələn Azərbaycan nümayəndə heyəti ilk öncə II Dünya Müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cu Azərbaycan Atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimində iştirak edəcəkdir. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbirdə QMİ sədri Şeyxülislam A. Paşazadə çıxış edəcəkdir.
Noyabrın 25-də Şeyxülislam A. Paşazadə RF Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcəkdir. Mərasimdə çıxış edəcək QMİ sədri, həmçinin, respublikanın Müftisi Hacımurad Qatsalovu anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcəkdir.
Noyabrın 26-da QMİ sədri Şeyxülislam RF Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində RF Prezident Administrasiyası və İslam elm, mədəniyyəti və təhsilinə dəstək Fondunun dəstəyi ilə keçiriləcək "Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və çıxış edəcəkdir.
ƏTRAFLI
hunergroup.az
Şeyxülislam A. Paşazadə və Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində rəsmi görüşləri nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm