“Almaniya və Fransanın prosesə cəlb edilməsi yaxşı hal sayıla bilər” - Analitik
08:47 30.10.2018
Arxiv
606
Ötən gün Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin iştirakı ilə İstanbulda Suriya zirvəsi baş tutub. 1 saat davam edən görüşdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində gələcək addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bir sıra analitiklər Almaniya və Fransanın İstanbul sammitində Rusiya və Türkiyə ilə gücünü birləşdirməsini Suriya məsələsinin nizamlanmasında müsbət addım kimi dəyərləndiriblər. Çünki liderlər bir çox məsələdə ortaq mövqe nümayiş etdiriblər. Bunlar Rusiya və Türkiyə arasındakı İdlib razılaşması, qaçqınlara yanaşma, humanitar yardımın göstərilməsi, terrorizmlə mübarizə və Suriyada sülhün bərpa olunması məsələləridir.
Lakin ABŞ-ın prosesdə iştirak etməməsinin müəyyən problemlər yaradacağını bəyan ediblər. Bir sıra analitiklərin fikrincə, Suriya məsələsi ilə bağlı prezidentlərin İstanbul sammitində əldə etdiyi razılaşmalar bundan öncəki danışıqlardakı razılaşmalardan elə də ciddi fərqlənmir. Ancaq reallıq odur ki, keçirilən sammitdə iştirak edən bütün tərəflər Suriyanın parçalanmasının əleyhinədir və ərazi bütövlüyünü tanıyırlar. Ən azından bu amil məsələnin müsbət tərəfi sayılır.
Dördlü görüşün nəticələrini "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bəyan edib ki, Türkiyə və Rusiya Suriyadakı böhranla bağlı təminatçı dövlətlər rolunda çıxış edirlər. Bunun üçün onlar məsələyə dair miqyası genişləndirməyə üstünlük verirlər:
"Avropa İttifaqı Suriyadakı problemin həllində çox zəif iştirak edir. Onlar yalnız suriyalı qaçqınların ittifaqa üzv dövlətlərin ərazisinə gəlməsinin qarşısını almaqla məşğuldurlar. Eyni zamanda Türkiyəyə qarşı fəaliyyət göstərən terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-nin təmsilçiləri Almaniya və Fransada sərbəst şəkildə fəaliyyət göstərirlər.
Bu baxımdan Almaniya və Fransanın prosesə belə fəal cəlb edilməsi yaxşı hal sayıla bilər. ABŞ bəzi məsələlərlə bağlı Avropa İttifaqına üzv dövlətlərə, o cümlədən Almaniya və Fransaya təzyiqlər edir. Odur ki, onlar Suriya məsələsində Türkiyə-Rusiya ittifaqına qoşulmaqla Amerikaya özünə məxsus ismarıc verirlər. Belə ehtimal etmək olar ki, Suriya məsələsinin həllində əsas söz sahiblərindən biri də ABŞ sayılır. Vaşinqton isə bir az ləng davranır”.
Politoloq bildirib ki, qaçqınların Avropaya axını İttifaqın aparıcı üzvlərinə problem yaradır:
"İttifaqa üzv dövlətlər problemin həllinin tezləşməsini istəyirlər. Tezliklə fəallaşması, problemin həllini tezləşdirməsi üçün ABŞ-a təzyiq edirlər. Bəlli məsələdir ki, dünyadakı bütün münaqişələrdə aparıcı güclər eyni mövqedə olmayanda prosesin həlli uzanır. Suriya məsələsində də ABŞ-ın başqa tərəflərlə hələ də ortaq məxrəcə gələ bilməməsi Suriyadakı böhranın uzanmasına səbəb olub”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq