Almaniyadan şok Türkiyə qərarı: Bütün nümayəndəliklər qapadıldı





Almaniyanın  "Bild" qəzetinin əldə etdiyi məlumatlara görə, Türkiyədəki Almaniya səfirliyi və bütün konsolluq nümayəndəlikləri AKUT terror təhdidi səbəbiylə bağlanıldı.
 Türkiyədə Qurban Bayramı tətilinin davam etdiyinə işarə edilən xəbərdə, həm diplomatik nümayəndəliklərin, həm də alman məktəblərinin 16 sentyabra qədər bağlı qalacağı və nümayəndəliklərə məhdud nəqliyyat olacağı ifadə edildi. Qəzet, xəbərin qaynağı olaraq da Almaniya Xarici İşlər Nazirliyini göstərdi.
Almaniya  səfirliyi də Twitter hesabından alman nümayəndəliklərinin məhdud xidmət edəcəyini təsdiqlədi.