Alovlanan paltarını söndürmək üçün üzərinə qaynar su tökən qadın öldü

Alovlanan paltarını söndürmək üçün üzərinə qaynar su tökən qadın öldü. Hadisə Sinopun Erfelek qəsəbəsində yaşanıb. Əldə edilən məlumata görə, 3 uşaq anası olan diyaliz xəstəsi 73 yaşlı Aişə Şimşək xəstəxanaya getmək üçün telefonla zəng edərək təcili yardım çağırıb. 
Bu zaman üşüdüyünə görə  kürəyini sobaya yaxınlaşdırıb isinmək istəyib. Aişə Şimşək sobaya çox yaxın olduğundan  paltarı alovlandı. Panikaya düşən yaşlı qadın yanan geyimini söndürmək üçün sobanın üzərindəki qaynar suyu öz üstünə töküb və bu dəfə də qaynar sudan yanıb.
Diyaliz xəstəsi olduğu üçün yaşlı qadını xəstəxanaya aparmaq üçün evə gələn 112 Təcili Xidmət qrupları, yaşlı qadına müdaxilə edib onu xəstəxanaya aparıblar. Lakin bütün müdaxilələrə baxmayaraq qadın dünən axşam həyatını itirib.
Aişə Şimşəyin cənazəsi xəstəxanadakı yarılma əməliyyatından sonra məmləkəti Sinopa göndərilib.