Amansız qısqanclıq…

İki uşağı quyuya atdı, üstünü də daş və samanla bağladı
Kayserinin Tomarza qəsəbəsində 3 il əvvəl ərindən boşanan 28 yaşlı Rukiye Tülay, iddiaya görə qısqanclıq və intiqam üçün, keçmiş eltisinin 2 uşağını döydükdən sonra ayrı-ayrı çuvallara qoyub quyuya atıb. Quyuya atılan bacı qardaşdan 10 yaşlı Məmməd Əli ölüb, 7 yaşlı Eylül Turan isə, xəstəxanaya çatdırılıb. Hadisə, bir evin baxçasında baş verib. Şiraz məhəlləsində məskunlaşan Əlif Turan ilə uşaqları Məmməd Əli Turan və Eylül Turan, babaları Hayri Narın evinə ziyarətə gedib. Babalarının evindən yemək almaq üçün marketdə gedən Məmməd Əli və Eylül Turan, alver etdikdən sonra evlərinə dönmək istəyib.
İki uşaq da Rukiye Tülayın evinin önünə gəlib. Tülay, keçmiş eltisinin uşaqlarına, "Aldığınız yeməkləri gətirin paketə qoyum" dedikdən sonra onları evinin bağçasına aparıb. Keçmiş həyat yoldaşı Talipdən 3 il əvvəl boşanmasında rolu olduğunu düşündüyü qaynı Şamil Turanın uşaqlarını döyən qadın, onların öldüklərini zənn edərək 2 ayrı çuvala qoyduqdan sonra bağçadakı təxminən 7 metr dərinliyindəki boş quyuya atıb. Rukiye Tülay, quyunun üstünü də daş və samanla bağlayıb.
Uşaqlarından uzun müddət xəbər ala bilməyən anası Əlif və atası Şamil Turan vəziyyəti jandarma qruplarına bildirib. Jandarma və məhəllə sakinlərinin axtarış nəticəsində ağır yaralı Eylül Turanın "Ana" deyə iniltisini eşidiblər. Quyudan çıxarılan uşaqlardan Məmməd Əli Turanın öldüyü məlum olub. Eylül Turan isə, yaralı halda qurtarılaraq təcili xidmətə aparılıb. Jandarma qrupları hadisənin şübhəlisi Rukiye Tülayı nəzarətə alıb. Rukiye Tülayın psixi vəziyyəti araşdırılır. Talehsiz Məmməd Əli Turanın cəsədi yarıldəqdan sonar boğulduğu aşkarlanıb.