AMEA əməkdaşları məzuniyyətə göndərildi - Sərəncam
11:06 30.03.2020
Arxiv
557
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də, Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.
AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın 20 mart 2020-ci ildə keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən, AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.
Bundan əlavə, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarı ilə xüsusi əmək rejimi olaraq beş günlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyənləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə