Ana və qızını qana bələdilər

Qatil ən yaxını çıxdı, oğul tutuldu, ata axtarılır



Adanada atasıyla birlikdə ana və bacısını öldürməkdən axtarışa verilən şəxs, polisin əməliyyatı sonrası lüks bir avtomobildə tutuldu.
Əldə edilən məlumata görə, Tarsus-Adana-Gaziantep (TAG) şosesinin Adana istiqamətində mənzərəni seyr edən bir sürücü, səhər saatlarında şose kənarında iki qadının qanlar içində yerdə olduğunu görüncə vəziyyəti 155-ə bildirdi. Polis sağlamlıq qruplarıyla birlikdə hadisə yerinə gəlib. Sağlamlıq qruplarının nəzarət etdikləri qadınların həyatlarını itirdiyi məlum olub. Araşdırma sonrasında qadının birinin başından, digərinin isə qıçı və sinəsindən vurularaq öldürüldüyü aydın oldu. İki qadının üzərindən şəxsiyyət vəsiqəsi çıxmayınca polis ölən qadınların üzərindəki barmaq izlərini götürdü. Bu vaxt, prokurorluğun icazəsiylə polis, qadınların üzərində və çantalarında axtarış apardı.

Axtarış əsnasında yaşlı olan qadının çantasından bir avto kirayəyə götürmə şirkətinə aid vizitkart çıxdı. Avto kirayəyə götürmə şirkətinə gedən polis, şirkətin ortaqlarından A.K.a cəsədləri göstərdi. A. K. cəsədlərin iş ortağı Hüseyn B.ın ayrıldığı həyat yoldaşı Samirə Balık (47) ilə qızı

Aişə İşık (23) olduğunu söylədi. A. K., iş ortağının da 2 gündür oğulu Abdullah B. (21) ilə yoxa çıxdığını ifadə etdi. Polisin araşdırmasından sonra ana və qızının, ata ilə oğul tərəfindən öldürüldüyü məlum olub. Polis o gündən sonra qaçan ata və oğulunu tutmaq üçün bir neçə dəfə əməliyyat keçirdi.

Nəhayyət Abdullah B.ın lüks bir avtomobil ilə şosedə gedərkən polis hərəkətə keçdi. Polis qısa sürən bir təqibdən sonra ana və bacı qatili Abdullah B.ı tutuldu. Şübhəli təhlükəsizlik idarəsinə gətirilərək sorğuya alındı. Şübhəlinin ana və bacısını atasının öldürdüyünü söylədiyi öyrənildi. Polis, indi də atanı axtarır.

Cinayətlə bağlı hələ ki, iki ehtimal irəli sürülür. Birinci ehtimala görə ailəsi ilə boşanmaqdan sonra yaşanan mülk bölgüsündə Samirəyə daha çox miras qaldığı, bunu verməmək üçün ata və oğulu cinayət işlədib. Hüseyn B.ın yaxınlarının dediyinə görə isə cinayət namus məsələsi üzündən baş verib.