Analar, azyaşlı uşaqlara mobil telefonlar verməyin! - Ağır fəsadlar
08:40 17.04.2017
Arxiv
2992
Əhməd Qəşəmoğlu: "Ana görmüşəm ki, uşaq əl-ayağına dolaşmasın deyə əlinə telefon verir, özü isə başqa otaqda rahat mesajlaşır "
"Azyaşlı uşaqlar ağlayır, nadinclik edir, valideynlər isə onları əlinə telefon verməklə sakitləşdirir".
Bu sözləri Sherg.az-a texnologiyanın azyaşlılara ziyanı barədə danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, 2-3 yaşında uşaqlar artıq telefonun adi detallarını, funksiyalarını bilir:
"Uşaq dünyaya yeni addım atanda telefona asılılığı yaranır. Telefonla, planşetlə, kompüterlə bu cür əlaqədə olmağın müxtəlif təsirləri var. Maneələrlə bərabər həm də uşaqlarımız şüalanmaya məruz qalır. Bu, birbaşa fiziki sağlamlığa ziyandır. Uzun müddət kompüter qarşısında oturmaq sümüklərdə əyilmələrə, qeyri-düzgün inkişafa səbəb olur. Bu, birmənalı şəkildə tənqid olunmalı, nadinclik etməməsi üçün uşağa telefon, planşet verən valideynlər qınanmalıdır.
Uşaqlara daha təhlükəsiz oyuncaqlar vermək, onlarla oynamaq, daim ünsiyyətdə olmaq lazımdır. Mən ana görmüşəm ki, uşaq əl-ayağına dolaşmasın deyə əlinə telefon verir, özü isə başqa otaqda rahat mesajlaşır. Bunlar hamısı milli faciədir. Övladlarımızın bu cür inkişafına yol açmağımız bizim tərəqqimizə mane olan, gələcək milli inkişafımıza zərbə vuran hadisələrdir. Bununla bağlı müəyyən tədbirlər planı, fəaliyyət istiqaməti olmalıdır. Həmin tədbirlər sayəsində biləcəyik ki, qanunvericilikdə necə tənzimlənməlidir, inzibati addımlar nə ola bilər və ya maarifləndirmə hansı istiqamətdə getməlidir. Jurnalistlərin, ümumən medianın və ziyalıların üzərinə nə düşdüyünü də bununla müəyyən edə bilərik.
Bu, böyük bəladır. Amma biz elə hesab edirik ki, sadəcə xoşa gəlməyən haldır".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region