"Sherg.az”a danışan keçmiş deputat Əlövsət Ağalarov da dəfndə iştirak etmədiyini təəssüflə vurğulayıb. O bildirib ki, Bakıda olmadığına görə, Anar Nağılbazın vəfatından gec xəbər tutub və dəfndə iştirak edə bilməyib:
“Anar Nağılbazın vəfatından gec xəbər tutdum”
15:44 08.08.2018
Arxiv
1667
Əlövsət Ağalarov: “Xeyir-şər borcdur, biz də bunu nəzərə alıb, Rizvan Cəbiyevə dəstək olacağıq”
"Sherg.az”a danışan keçmiş deputat Əlövsət Ağalarov da dəfndə iştirak etmədiyini təəssüflə vurğulayıb. O bildirib ki, Bakıda olmadığına görə, Anar Nağılbazın vəfatından gec xəbər tutub və dəfndə iştirak edə bilməyib:
Bir neçə gün əvvəl məşhur reper Anar Nağılbaz dünyasını dəyişib. Sosial şəbəkələrdə yayılan məlumatlara və xəbər saytlarının yazdığına görə, reperin dəfn mərasimində yalnız ailə üzvləri, yaxınları iştirak ediblər. Mərasimə A.Nağılbazın sənət dostlarından, həmkarlarından heç kim qatılmayıb.
Həmçinin Anar Nağılbazın atası, sabiq deputat Rizvan Cəbiyevin həmkarlarından, Milli Məclis üzvlərindən də heç kim reperin dəfnində iştirak etməyib.
"Sherg.az”a danışan keçmiş deputat Əlövsət Ağalarov da dəfndə iştirak etmədiyini təəssüflə vurğulayıb. O bildirib ki, Bakıda olmadığına görə, Anar Nağılbazın vəfatından gec xəbər tutub və dəfndə iştirak edə bilməyib:"Anar Nağılbaza Allah rəhmət eləsin. Bakıya qayıtdıqda Rizvan Cəbiyevi ziyarət edib, başsağlığı verəcəyəm. Yəqin ki, eks-deputatların, Milli Məclis üzvlərinin əksəriyyəti Bakıdan kənardadır. Ona görə, Rizvan müəllimin yanında olmayıblar. Amma bizim borcumuzdur ki, belə bir gündə onu tək qoymayaq. Rizvan Cəbiyev xeyirxah deputat, yaxşı həmkar idi. Onun fəaliyyəti dövründə kiminsə razılaşmadığı məqamlar ola bilər. Amma insanlıq baxımından o nümunəvi, obyektiv adamdır.
Övlad itkisi hər insan üçün ağırdır. Buna ancaq kədərlənmək olar. Xeyir-şər borcdur, biz də bunu nəzərə alıb, Rizvan Cəbiyevə dəstək olacağıq”.
Keçmiş millət vəkilinə ögey münasibət olub-olmamasına gəlincə, Ə. Ağalarov belə bir vəziyyətin olmadığını söyləyib:
"Keçmiş millət vəkilinə ögey münasibət göstərilməsi kimi hallar bu hadisədə nəzərə çarpmır. Mən özüm də keçmiş həmkarlarımla görüşürəm, zəngləşirəm. Rizvan Cəbiyevin övladının dəfnində onun həmkarlarından heç kimin iştirak etməməsi qeyd etdiyimiz məsələ ilə əlaqədar deyil.
Vəzifə ömürlük deyil, indiki deputatlar da nə vaxtsa sabiq deputat olacaqlar. Ona görə, Rizvan müəllimin hüzr məclisində iştirak etsələr, dərdinə şərik olsalar daha yaxşı olardı. Heç kim ölümdən sığortalanmayıb. Bunu yaddan çıxarmadan, insanların dərdinə, kədərinə təəssüflənmək lazımdır. Anar Nağılbaza bir daha allah rəhmət eləsin”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya