Anar Stalinin, Kirovun heykəllərinin dağıdılmasını istəməyib: "Təklif etdim ki..."
08:52 25.05.2019
Arxiv
656
"Mən o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri - Stalin, Kirov və başqaları dağıdılmasın, bu "KQB”-nin həyətində yığsınlar onları saxlasınlar”.
ONA-nın məlumatına görə bunu Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Onun sözlərinə görə, onların heykəlləri orda qalmalı və ibrət dərsi olmalıdır:
"Biz kədərli, qəmli bir yerdəyik, amma mən sevinc hissi keçirirəm. Sevinc hissi keçirirəm ki, günahsız yerə tələf olmuş, məhv olmuş insanlarımızın xatirəsinə vicdan borcumuzu qaytarırıq. Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı”.
"Bu muzey də bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu heç bir vaxt bu hal tarixdə təkrar olunmamalıdır. Mən niyə bunu xüsusi vurğulayıram? Çünki bilirsiz, indi qonşu ölkələr müəyyən dərəcə Stalin repressiyalarına haqq qazandırmaq kimi təşəbbüsləri var. Düzdü, filan qədər adam ölüb, amma bu zərurət idi. Heç bir halda insan təlafatını "zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar. Ona görə də belə bir muzeyə görə mən bir daha təşəkkür edirəm”, - xalq yazıçısı əlavə edib.
Anar muzeydə babasının şəklini gördüyünü də qeyd edib:
"Mən burada babam – Azərbaycanın ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz bu ayda mayın 20-də 1920-ci ildə Nargin adasında güllələnmişdir. Allah ona da, hamısına da rəhmət eləsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou