“Anarın qadağasını başa düşürəm”
19:39 03.07.2014
Arxiv
649
Qan Turalı: “O, kifayət qədər jurnalist təcrübəsi olan şəxsdir”
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev artıq bir müddət müəyyən qəzet və saytlara açıqlama verməyəcək. Birliyin mətbuat xidmətindən verilən məlumata görə, Xalq yazıçısı bildirib ki, yalnız özünün dediyi sözlərə cavabdehdir, onun adından deyilənlərə yox”.
AYB mətbuat xidmətindən verilən məlumata əsasən, Xalq yazıçısı dediklərinin qərəzli şəkildə təhrif edildiyinə, ucuz sensasiya xətrinə sözlərini kontekstdən çıxarıb, öz məqsədlərinə uyğun şəkildə təqdim etdiklərinə görə müəyyən mətbuat orqanlarına və bəzi saytlara müsahibə verməyəcək: "Özlərinə zəhmət verib təxribatçı suallarla mənə müraciət etməsinlər, cavab almayacaqlar”. AYB-nin mətbuat sözçüsü Xəyal Rza həmçinin "Şərq”ə Anar müəllimin bir müddət müəyyən saytlara və qəzetlərə ümumiyyətlə müsahibə verməyəcəyini də əlavə edib: "Aidiyyəti məsələlərə münasibət və fikir öyrənmək üçün AYB-nin adından qurumun mətbuat xidmətinə müraciət edə bilərlər”. Kulis.az saytının baş redaktoru Qan Turalı isə Anar müəllimin söylədiklərini düzgün hesab edir: "Anar müəllimə həqiqətən bu məsələdə haqq verir, kontekstdən söz çıxarma və bu kimi halları çox yaxşı anlayıram. Çünki Anar müəllim elə-belə adam deyil. Elə şəxslər var ki, ondan müsahibə aldıqları zaman nə dediklərini bilmirlər. Müsahibə aldıqları zaman qarşısındakının Anar müəllim, yoxsa hər hansı bir rayonun icra başçısı olmasına fərq qoymurlar. Azərbaycan jurnalistika səviyyəsi baxımından Anar müəllimin gileyini, iradını da başa düşürəm”.
Qan Turalı kulis.az saytının Anar müəllimdən aldığı müsahibədən də danışıb: "Anar müəllim kulis.az saytına qarşı hər zaman diqqətli davranıb. Hətta bizim sayt üçün özüm ondan böyük həcmli müsahibə almışam. Sonradan bu müsahibə böyük rezonans doğurub. Ondan aldığım müsahibə saytımızda 3 dəfə yayımlanıb, qəzet səhifələrində də çox yer alıb. Bu baxımdan qadağanın Azərbaycan saytları və qəzetlərin bir çoxuna aid etmirəm. "Şərq”, "Azadlıq”, "Yeni Müsavat” kimi yaxşı qəzet və saytlar istisna olunmaqla digər qeyri-peşəkar fəaliyyət göstərənlər də var. "Şərq” qəzetinə dəfələrlə açıqlama vermişəm, bircə dəfə də olsun fikirlərim təhrif olunmayıb. Nə deyirəm, onu yazırlar. Ancaq elə qəzetlər və saytlar var ki, ağızlarına gələni, demədiyimiz fikirləri gündəmə gətirirlər. Buna görə də güvənmədiyim və inanmadığım sayta və qəzetlərə açıqlama vermirəm”. Müsahibimiz Anar müəllimin kifayət qədər jurnalist təcrübəsi olduğunu qeyd edib: "O, ilk dəfə 27 yaşında "Qobustan” jurnalının baş redaktoru kimi çalışıb. Bu sahəni bilən şəxsdir. Deməli, bildiyi var ki, belə açıqlama verib. Bildiyinin də yanlış olduğunu düşünmürəm”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya