"Anjelika yaxşı bilir, ailə niyə dağılıb" - Anar Nağılbazın anası "Sherg.az"a ağlaya-ağlaya danışdı

Şərqiyyə Cəbiyeva: " Açıqlamaq istəmərik, bunu Anarın üzərinə atmaq lazım deyil, ayıbdır. Lazım gələrsə, bizim də əlimizdə çoxlu faktlar var"








Son günlər adı xoşagəlməz hadisələrdə hallanan repçi Anar Nağılbazın anası Şərqiyyə Cəbiyevanın "Sherg.az"a müsahibnəsini təqdim edirik.

-Bu gün səhər A.Nağılbazın səhhətində problemin yaranmasına dair xəbər yayıldı. Onun səhər saatlarında xəstəxanaya yerləşdirildiyi qeyd olundu. Bu, doğrudurmu?

Xeyr, Anar evdədir. Düzdü, onu xəstəxanaya aparmaq istəyirdik. Amma hələ müalicəni evdə edirik. Xəstəxanaya getməlidir, evdə qalası deyil. Stress keçirir, depressiyaya düşüb. Vəziyyəti yaxşı deyil.

- Xəstəxanaya niyə aparmadınız?

Dünən heç yaxşı deyildi. İstədik xəstəxanaya aparaq. Amma sonra evdə müalicə etməli olduq. Pisləşsə aparacağıq.

-Sənətçinin adı ilə bağlı mətbuatda yayılan porno videonu nə ilə izah edərdiniz?

- Belə şey olar? O neçə ilin reperidir. Mən də yaşlı qadınam, 74 yaşım var. Oğlumla bir yerdə mən də stress keçirmişəm. Bunun qarşısını almaq lazımdır. Anar pis oğlan olmayıb. Ağıllı, savadlı oğlan olub. 4 yaşından əlinə qələm alıb, biz yazıb-oxumağı öyrətmədən özü öyrənib. Şeir kitabları çıxıb. Bu qədər böhtan olmaz. Anarın övladlarına özüm baxmışam, bizimlə yaşayıblar. Elə bilirsiniz, darıxmıram nəvələrim üçün? Onlara canım da qurbandır. Üzərimizə şər atırlar ki, guya baxmamışıq onlara, hamısı yalandır. Noyabr ayında tətil verilib, 2-3 gün bizdə keçiriblər. Anarın qızına da mənim adımı qoyublar. Bir allah bilir, biz o uşaqları nə qədər istəyirik. (hönkültü ilə ağlayır)

Anar evdə xəstə yatır. Hərdən müsahibə üçün jurnalistlər çağırır, məcbur çıxır evdən. Amma yaxşı olmasa, xəstəxanaya gedəcək.

Dəqiq öyrənmədən, bilmədən hər cür video, səs yazıları yayırlar. Belə olmaz axı!

- Bu kampaniyanı kim başladıb?

-Bilmirəm, haradan bilim? Bunu kim edibsə, cəzalandırmaq lazımdır. Bizdə də çox faktlar var, abır-həya naminə çıxartmırıq. Mən televiziyaya çıxıb, nə isə deyəcək insan deyiləm. Nə də bizdə elə insan yoxdur.

Fikirləşmək lazımdır ki, belə şeyləri yayanda uşaqların da adları çəkilir. Nəvələrim üçün də bu, yaxşı deyil. Onlar böyüyürlər, yaşları artdıqca başlarını aşağı salmalı olacaqlar. Bunu da fikirləşmək lazımdır.

- Hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Adam adamı qaralamaq üçün belə şeylərə əl atmaz. Mən oğluma inanıram, Mənim oğlum elə insan deyil. Anar iş axtardı, tapmadı. İnternetdə də bununla bağlı elan vermişdi. İşləməsə də, Anarın əlinə 5 qəpik pul düşən kimi övladlarına verərdi. Öz balalarına heç vaxt laqeyd olmayıb. Mətbuat konfransında ağlamağının səbəbi də uşaqlarıdır. Hamımız Anarın uşaqlarını çox istəyirik. Heç kim bilmir ki, Anarla keçmiş həyat yoldaşı niyə ayrılıb. O başqa məsələdir. Anjelikanın özü də bilir ki, ailə niyə dağılıb. Bunu Anarın üzərinə atmaq lazım deyil. Ayıbdır, açıqlamaq istəmərik. Amma lazım gələrsə, bizim də əlimizdə çoxlu faktlar var. Biz də məsələnin üzərinə düşmüşük. Yoldaşım Rizvan müəllim məşğul olur.

Bu məsələ Rizvan müəllimə necə təsir etdi?

O da yaşlı insandır. Müalicə alırdı. Bu ay uşaqlara aliment vermişik. Amma uşaqların qaldığı evin kirayəsini ödəyə bilməmişik. Evpulu 300 manatdır. Onlara həm kirayə pulu, həm aliment veririk. Rizvan müəllimin 78 yaşı var, xəstədir, dərmanlar almalıdır. Anarın keçmiş həyat yoldaşı deyir, mart ayından bəri uşaqlar nənə-babasını görmür. Amma elə deyil. Bütün yayı o uşaqlar bizdə olublar, iyul ayında bir ay müddətində bizdə qalıblar. Qonşular da hamısı şahiddir. Avqust ayının ortasında analarının yanına qayıdıblar. Uşaqların əyin-başı, yeməyi-içməyi hamısı qaydasında olub. Bu qədər şər, böhtan olmaz. Öyrənmədən, bilmədən, mətbuatda niyə belə şeylər yazırlar? (ağlayır) Artıq danışa bilmirəm.

Mənim nəvələrimə canım qurban olsun. Əgər anaları uşaqlara baxmaq istəmirsə, versin mən baxaram. Biz onları çox istəyirik, inanın ( ağlayır). Bağışlayın, dözə bilmirəm. Anar da o uşaqlara görə efirdə ağlayır.

Neçə il uşaqlar yanımızda qaldı. Allah heç bir nənə-babanı nəvəsindən eləməsin. Onlar mənim yanımda böyüyüblər. Necə olur, inkar edirlər? Uşaqlar liseyə qəbul olmaq üçün il yarım hazırlığa getdi, pulunu biz ödədik. Qəbul olunanda nə qədər sevindik. Yalan danışmasınlar. Keçmiş həyat yoldaşı deyir ki, Anarın bundan başqa da videoları var. Olmaz axı belə böhtan atmaq.

-Belə çıxır ki, o videonun hazırlanması və yayılması Anarın keçmiş həyat yoldaşının "başının altından çıxıb" ?

- Məlum məsələdir ki, bunu kim yayıb. Oğlumun dərdi məni öldürdü. Niyə mənim balamı belə müzakirə etdilər? Anar çox stressə düşdü. Həyat yoldaşım da yaşlı insandır, dözə bilmir. O söz vermişdi ki, nəvələrimə lazım gələr evimi də satıb, pul verərəm. Amma belə olmaz. Ev davasından əlavə bizə, oğluma, bizə qarşı şantajlar olunur. Kənddə evləri də, torpaq sahələri də var. Mənim nəvələrimə canım da qurban olsun".

Ayyət Əhməd