Ankarada partlayış: 6 yaralı var





Türkiyənin paytaxtında partlayış olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankarada qaz xəttində partlayış olub.

Paytaxtın Necatibəy küçəsində yerləşən bir iş yerində qaz xəttində baş verən partlayışda 6 nəfər yaralanıb. Hazırda qəzanın səbəbləri araşdırılır.