ANS-in "Qulp"u bağlandı
09:27 02.06.2014
Arxiv
463
ANS televiziyasında yayımlanan ən yaşlı verilişlərdən olan "Qulp” proqramı xeyli vaxtdır efirə çıxmır. Modern.az saytı bunun səbəbini araşdırmağa çalışıb.
ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov verilişin bağlanmağının səbəbini vaxtının bitməsiylə əlaqələndirib:
""Qulp” verilişi artıq qocalıb. Mənim 70 neçə yaşım var. Mən indi 18, 19 yaşlı uşaq kimi oynaya bilmərəm. "Qulp” da onun kimi. Hər verilişin vaxtı, zamanı var. "Qulp” verilişi də vaxtı bitdiyinə görə artıq efirə getmir. Mübariz Əsgərovdan yeni bir layihə görüb-görməməyimiz ondan asılıdır. O müəllifdir. Qoy o bizə layihə versin, biz baxarıq. Hələ ki, yeni bir layihə təqdim etməyib”.
Qeyd edək ki, Modern.az saytı "Qulp”un daimi aparıcısı M. Əsgərovun da rəyini öyrənməyə cəhd edib. Lakin onunla əlaqə yaratmaq mümkün olmayıb.
Tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi "Qulp” satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş "Qulp” 1998-ci ildən indiyədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, bütün çatışmazlıqları cəmiyyətin özünə göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət