
“Aprel döyüşləri Azərbaycan tarixinə şanlı bir səhifə yazdı” – Millət vəkili
14:13 02.04.2019
Arxiv
513
"Aprel döyüşləri Azərbaycanın zəfər tarixidir”.
Bu barədə "Sherg.az”a millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ordusu bu döyüşdə ermənilərə öz gücünü nümayiş etdirdi və ermənilərin "Güclü Ermənistan ordusu” mifini məhv etdi:

"1992-ci ildən etibarən torpaqlarımız işğal ediləndən sonra ermənilərdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu ermənilərə qarşı döyüşmək iqtidarında deyil. Amma 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin bu fikrini darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi.
Aprel döyüşlərində Azərbaycan əsgəri işğal altında olan bir neçə yüksəkliyi qısa müddətdə ermənilərdən azad etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad etməyə qadirdir, lakin biz münaqişənin sülh yolu ilə həllini istəyirik.
Aprel döyüşləri Azərbaycan ordusunun gücünü və əzmini göstərdi, Azərbaycan əsgərinin vətənpərvərliyini bir daha sübuta yetirdi. Azərbaycan dövlətinin Qarabağ məsələsində prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan tarixinə şanlı bir səhifə yazdı. Bu döyüşlərin nəticəsi dünyaya çatdırdı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən halda öz torpaqlarını azad edəcək".
Qeyd edək ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edib. Ölkə başçısının sözlərinə görə, aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi