
“Aprel qələbəmiz 20 ildən çox davam edən erməni mifini sındırdı” -Deputat
12:56 02.04.2019
Arxiv
560
"Aprel döyüşləri ermənilərin məğlubedilməzlik haqqında düşüncələrini alt-üst etdi. Düşünürəm ki, bu, Azərbaycan hərbi qüvvəsinin böyük uğurudur”.
Bunu "Sherg.az”a Azərbaycan ordusunun aprel zəfərindən danışarkən millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, aprel qələbəmiz 20 ildən yuxarı davam edən erməni mifini sındırdı:

"O döyüşlərə qədər erməni rəhbərliyində belə bir fikir yaranmışdı ki, artıq bu işğal əbədi və əzəlidir. Azərbaycan tərəfi də bununla barışıb. Bu məsələ bir daha gündəmə gəlməyəcək. Amma aprel hadisələrindən sonra işğalçı ölkə Azərbaycanın Dağlıq Qarabağla bağlı prinsipial mövqeyini gördü və bu, onları ciddi təşvişə saldı”
Tarixçi-alim onu da qeyd edib ki, erməni tərəfini müdafiə edən xristian dünyası, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycanı, Azərbaycan xalqını işğala öyrəşdirmək niyyətində idi:
"Sonda məlum oldu ki, Azərbaycan bu işğalla barışmayıb, barışmır və barışmayacaq. Bu işğal nəticəsində hakimiyyətə gələn, Qarabağ müsibətindən faydalanan və Ermənistanda uzun müddət hakimiyyətdə olan qüvvələri məhz bu gün ermənilər süpürüb atdı. Koçariyan türmədə yatır, Sarkisyan da uzaqlaşdırıldı. Həmin hadisələri törədən ayrı- ayrı canilər zamanla dindirilir və qan-qada üzərində qurulmuş hakimiyyətin sonu yaxınlaşır. Ermənistanda siyasi hakimiyyətdə olan və ölkəni idarə edən, əhalini girov saxlayan bu hakimiyyətin ləğvi prosesinin əsasını məhz aprel döyüşləri qoydu”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi