Aprel şəhidinə həsr olunmuş filmin təqdimatı olacaq...




Aprelin 4-də saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə hazırlanmış yazıçı-publisist Bəxtiyar Qaracanın "Bitməyən müharibənin qəhramanları" silsiləsindən "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filmin təqdimatı keçiriləcək. 

Sherg.az xəbər verir ki, Aprel döyüşlərinin ildönümü ərəfəsində təqdim olunan film aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın Milli Qəhramanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub.

Media və ictimayyət nümayəndələri tədbirə dəvət olunur.