Araz Əlizadə: “Məni nə Əli Kərimli, nə də xaricdəki siyasi mühacirlər maraqlandırır"



"Məni nə Əli Kərimli, nə də xaricdəki siyasi mühacirlər maraqlandırır. Məni maraqlandıran yalnız Azərbaycandır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib:

"Əli Kərimli əvvəlcə orduda xidmət etsin, dövlətə borcunu qaytarsın, daha sonra Azərbaycandan, dövlətdən danışar. Aparıb oğlunu xaricdə gizlədib, amma başqa vaxt millətdən danışır. Onun üçün vətən, millət və digər məfhumlar yoxdur”.

Qeyd edək ki, son günlər xaricdə özünü "siyasi mühacirlər” adlandıran bir qrup radikal qüvvələrin fəaliyyətinin liberallaşması gündəmədir. Onlar getdiklərin yolun doğru olmadığını anlamaya və xətalarından dönməyə yönəlirlər. Ancaq bu qaçılmaz realıq AXCP sədri Əli Kərimlini ciddi şəkildə təlaşlandırıb. Belə ki, sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, ad çəkmədən haqq yoluna dönənləri qınamağa, ittiham etməyə başlayıb.

Yeganə Bayramova