
Arsen Avakov Lapşini Azərbaycana verməkdən imtina edib
14:27 12.02.2017
Arxiv
985
Azərbaycan blogger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sorğuyla yalnız Belarusa yox, həm də Ukraynaya müraciət edibmiş.
Virtualaz.org bildirir ki, bu barədə Regnum məlumat yayıb.

Agentliyin məlumatına görə, Azərbaycanın Baş Prokurorluğu, blogger Aleksandr Lapşinin, ölkənin ərazi bütövlüyünün pozulmasına ictimai çağırışlar etdiyinə və sərhədi keçmək üçün lazımlı sənədlərinin olmadığına görə, Azərbaycana verilməsi xahişi ilə Ukraynaya müraciət edib, amma Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovdan imtina cavabı alıb. Bundan sonra Azərbaycan Belarusa müraciət edib.
Xatırladaq ki, Lapşin, İsrail və Rusiya ilə yanaşı, Ukrayna pasportuna da malikdir. O, Azərbaycana məhz Ukrayna pasportu ilə daxil olmuşdu, baxmayaraq ki, onun adı artıq bizim ölkəmizin Xarici İşlər Nazirliyinin "qara siyahı"sında idi. Lapşin onda Ukrayna pasportunda adının "Oleksandr" kimi yazılmasından istifadə etmişdi.
Aleksandr Lapşin dekabrın 15-də Minskdə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəlmiş açıq çağırışlar etdiyinə görə təqsirləndirilən şəxs qismində saxlanılıb və beynəlxalq və dövlətlərarası axtarışda olduğu üçün fevralın 7-də Bakıya ekstradisiya olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya