"Arxadan yumruq vurdu, başım asfalta dəydi..." - Sürücü - VİDEO
12:06 12.07.2017
Arxiv
487
Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.
Milli.Az xəbər verir ki, "Xaliq Faiqoğlu" şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov qafqazinfo-ya müsahibəsində deyib ki, hadisə dairədə "BMW"nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:
"İyulun 3-də saat 21:30 radələrində "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli "BMW" markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi".
S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi "söyüş"ə görə olub:
"Marşrutun son dayanacağında saxladım, sərnişinlərdə düşüb getdi. Mən avtobusdan düşəndən sonra "BMW"nin sürücüsü mənim yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona "maşında ana-bacı var", o elə bilib mən ana-bacı söyüşü söydüm. Aramızda xırda mübahisə oldu, mən onun yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyəmdən bir yumruq vurdu. Mən yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü "Semaşko" xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular".
S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrandan sonra Kubaya “yeni həyat” vəd etdi
21:15 07.03.2026
Gündəm
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng edib
20:38 07.03.2026
Rəsmi
Metroda cibgirlik edən şəxs saxlanılıb
20:25 07.03.2026
Hadisə
Rusiyadan Azərbaycan və İrana çağırış
20:08 07.03.2026
Dünya
Sabah Ramazanın ilk Qədr gecəsidir
19:53 07.03.2026
Dünya
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib
19:09 07.03.2026
Rəsmi
Savaş dayanandan sonra qızıı bahalaşa bilər -İqtisadçı
18:55 07.03.2026
İqtisadiyyat
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
18:27 07.03.2026
Dünya
İran Körfəzdə neft tankerinə PUA ilə hücum edib
17:56 07.03.2026
Dünya
Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:25 07.03.2026
Siyasət
Bayram Beqay İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
17:16 07.03.2026
Rəsmi
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
16:47 07.03.2026
Siyasət
Polis odlu silah-sursat aşkar etdi
16:34 07.03.2026
Hadisə
İranda dərslər ilin sonuna qədər onlayn olacaq
16:00 07.03.2026
Dünya
Tramp: İran bu gün çox güclü zərbə alacaq
15:41 07.03.2026
Dünya
Avstriya səfiri İrandan təxliyə olundu
15:25 07.03.2026
Gündəm