ASAN Xidmətə yeni rəhbər təyin edildi




Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.


O bu vəzifəyə qədər eyni qurumda sədr müavini idi.