ATƏT: Ermənistanda seçkilər pozuntularla müşayiət olunub
20:46 03.04.2017
Arxiv
358
ATƏT aprelin 2-də Ermənistan parlamentinə keçirilən seçkiləri tənqid edib. Təşkilatda hesab edirlər ki, ümumxalq səsverməsində seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeydə alınıb. Müvafiq nəticələr ATƏT-in ilkin hesabatında təqdim edilib.
Hesabatda deyilir: "Səslərin satın alınması, dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub”.
"İnterfaks” agentliyi xəbər verir ki, yerli "Vətəndaş müşahidəçi” təşəbbüsünün nümayəndələri də seçkilərdə bir sıra pozuntu halları qeydə alıblar. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir.
Müşahidəçilərin bəyanatında deyilir: "Seçki prosesində yeniliklərin seçicinin etimadını bərpa edəcəyi ilə bağlı gözləntilərə baxmayaraq, bu, baş vermədi. Bizim seçkilərin vətəndaşların iradəsini sərbəst ifadə etmələrini şübhə altına almaq üçün ciddi əsaslarımız var”. (Azərtac)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya